yabanı bal azadlıq qoxar,
toz, günəş işığı qoxar,
bir qızın ağzı – bənövşə
və qızıl – heç bir şey qoxmaz qızıl.
şüyüd su qoxar,
sevgi isə alma,
ama biz bilirik artıq-
yalnız qan qan kimi qoxar;
romalı hökmdarın xalqın önündə
xalqın “ölüm” çığırtıları altında
əllərini yuması əbəsdir,
şotland şahzadəsinin incə ovuclarını
ovuşdurması əbəsdir-
qan damlalarını silmək üçün
kral sarayının boğucu qaranlığında…
Advertisement