dream intelligence

prospect and eventuality..

anna

yabanı bal azadlıq qoxar,

toz, günəş işığı qoxar,

bir qızın ağzı – bənövşə

və qızıl – heç bir şey qoxmaz qızıl.

şüyüd su qoxar, 

sevgi isə alma,

ama biz bilirik artıq-

yalnız qan qan kimi qoxar;

romalı hökmdarın xalqın önündə 

xalqın “ölüm” çığırtıları altında

əllərini yuması əbəsdir,

şotland şahzadəsinin incə ovuclarını

ovuşdurması əbəsdir-

qan damlalarını silmək üçün

kral sarayının boğucu qaranlığında…

anna axmatovadan..


Qaldıraram qədəhimi

Dağıdılmış evə
Kədərli ömrümə
Və yalnız günlərə səninlə..
İçərəm sənə,
Yalan söyləyən dodaqların xainliyinə,
Öldürücü buz kimi gözlərə;
Dünyanın onun üçün amansız ve bayağı olduğu ona, 
Tanrının bizi ondan qurtara bilmədiyi ona. 

Follow

Get every new post delivered to your Inbox.